Salome Zurabişvili - yaşıl enerjinin inkişafı və ötürülməsinə dair strateji sazişin imzalanmasını alqışlayıram, Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək tarixi addımdır
Salome Zurabişvili - yaşıl enerjinin inkişafı və ötürülməsinə dair strateji sazişin imzalanmasını alqışlayıram, Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək tarixi addımdır

 

Bu, Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək tarixi addımdır – Gürcüstan Prezidenti Salome Zurabişvili yaşıl enerjinin inkişafı və ötürülməsinə dair strateji sazişin imzalanmasını belə qiymətləndirir.

Zurabişvilinin “Twitter” sosial şəbəkəsində yazdığı kimi, Qara dəniz hər iki tərəfi birləşdirən Avropaya çevrilir.

“Yaşıl enerjinin inkişafı və ötürülməsinə dair strateji sazişin imzalanmasını alqışlayıram. Bu Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək tarixi addımdır. Bu o deməkdir ki, indi Qara dəniz Avropa dənizinə çevrilir və o, hər iki tərəfi bir-biri ilə birləşdirən körpüdür”-deyə Zurabişvili yazır.