Salome Zurabişvili - yaxşı düşünsək, işğal olunmuş ərazilər məsələsinin həlli yolu bölgədən keçir
Yaxşı düşünsək, işğal olunmuş ərazilər məsələsinin həlli yolu bölgədən keçir, bunu nəzəri olaraq bilirik, lakin təcrübəyə keçirilməyib, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvili forumda bəyan etdi.
Nitqlə çıxış edərkən prezident ölkənin gələcəyi üçün bölgənin inkişafının əhəmiyətini xüsusi olaraq qeyd etdi.
“Tsğaltuboda önəmli konfrans keçirilir. Biz qızıl üzərində dururuq və hələ onun nə cür istifadə olunmasını bilmirik. Ölkənin gələcəyi bölgə üzərində durur. Yaxşı düşünsək, işğal olunmuş ərazilər məsələsinin həlli yolu bölgədən keçir. Bunu nəzəri olaraq bilirik, lakin təcrübəyə keçirilməyib. Planın formalaşdırılması önəmlidir”, – Salome Zurabişvili bəyan etdi.
Gürcüstan prezidentinin dediyinə görə, emmiqrasiya probleminin dayandırılması da bölgənin inkişafından asılıdır.