Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında ” qanuna veto qoydu
Gürcüstan prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoydu. O, qeyd olunan haqqında brifinqdə bildirdi.
Prezidentin izahatına görə, veto hüquqi olaraq düzgündür və bu gün parlamentə təqdim olunacaq.
“Bu gün konstitusiyamıza, Avropa standartlarına zidd olan və bununla da Avropa yolumuza maneə törədən “rus qanunu”na veto qoydum. Bu veto tamamilə hüquqi olaraq düzgündür və bu gün Parlamentə təqdim olunacaq. Bu qanun heç bir dəyişikliyə, təkmilləşdirməyə tabə deyil və beləliklə çox sadə bir vetodur. Bu qanun ləğv edilməlidir”, – deyə prezident qeyd etdi.
Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda mayın 14-də qəbul etdi.