Salome Zurabişvili Volodimir Zelenskiyə müraciət etdi - Gürcüstan bu gün sizinlə Ukraynanın Müstəqillik Gününü qeyd edir
Salome Zurabişvili Volodimir Zelenskiyə müraciət etdi - Gürcüstan bu gün sizinlə Ukraynanın Müstəqillik Gününü qeyd edir

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Salome Zurabişvilinin videomüraciətində qeyd etdiyi kimi, Gürcüstan bu gün Ukraynanın yanındadır.

“Hörmətli prezident, əziz ukraynalı dostlar, Gürcüstan bu gün, bu Müstəqillik günündə sizin yanınızdadır. Gürcüstan sizinlə bir il yarım cəsarətlə mübarizə apardığınız müstəqilliyinizi qeyd etmək istəyir. Qələbə günündə biz birlikdə olacağıq. Sizi Müstəqillik Günü münasibətilə təbrik edirəm”, – Salome Zurabişvili bildirib.