Gürcüstanın prezidenti Salome Zurabişvili Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışdı. Bu barədə Zurabişvili sosial şəbəkədə yazır.
“Mən prezident Zelenski ilə danışdım və gürcü xalqına həmrəylik və sarsılmaz dəstəyə görə təşəkkür etdim. Bizim birgə gələcəyimiz Avropadadır!”, – deyə Salome Zurabişvili yazır.
Bununla yanaşı, Volodimir Zelenski sosial şəbəkədə Salome Zurabişvili ilə telefon danışığına münasibət bildirdi. Zelenskinin yazdığı kimi, o, ilk sülh sammitində iştirakını təsdiqlədiyi üçün Salome Zurabişviliyə təşəkkür etdi.
“Yalnız Ukraynada ədalətli və davamlı sülh bizim ümumi regionumuzun təhlükəsizliyini və sabitliyini təmin edə bilər”, – deyə Zelenski qeyd edir.