Salome Zurabişvili Vladimir Zelenskini Gürcüstana rəsmi səfərlə dəvət etdi
Ukraynanın yeni prezidentinin administrasiyası Vladimir Zelenski və Gürcüstan prezidenti Salome Zurabişvilinin üzbəüz görüşü barəsində məlumat yayır.
Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili Vladimir Zelenskiyə prezident vəzifəsində uğurlar arzuladı.
“Komandamız siyasətə nəyə görə getdi? Bizim üçün əsas məqsəd şərqi Ukraynada atəşkəsə nail olmaqdır. Burada hərgün insanlar həlak olurlar”, – Vladimir Zelenski bəyan etdi.
Ukrayna prezidenti həmçinin bəyan etdi ki, onun ölkəsi üçün əhəmiyyətli çağırışlardan biri korrupsiyanın aradan qaldırılmasıdır.
“Bu məsələ üzrə Gürcüstanınn təcrübəsi mənim üçün nümunəni təşkil edir”, – Ukraynanın yeni prezidenti qeyd etdi.
Öz növbəsində Gürcüstan prezidenti qeyd etdi ki, Ukrayna və Gürcüstan NATO üzvlüyü yolunda öz mövqelərini birləşdirməlidirlər.
Salome Zurabişvili Vladimir Zelenskini Gürcüstana rəsmi səfərlə dəvət etdi.