Salome Zurabişvili Vladimir Zelenskini Gürcüstana dəvət etdi
Salome Zurabişvili Vladimir Zelenskini Gürcüstana dəvət etdi

Gürcüstan prezidenti, Salome Zurabişvili Ukrayna prezidenti, Vladimir Zelenskini Gürcüstana dəvət etdi.

Salome Zurabişvilinin bəyan etdiyinə görə, Ukrayna-Gürcüstan əlaqələri daha da güclənəcək.

Bununla yanaşı, Vladimir Zelenski ilə birgə mətbuat konfransında Gürcüstan prezidenti ümidvar olduğunu ifadə etdi ki, gələn il, Ukrayna-Gürcüstan əlaqələrinin 30 illik yubileyi xüsusilə qeyd olunacaq.

“Bu günki görüş bizim siyasi əlqələrimizin gücləndirilməsinin yalnız başlanğıcıdır. Prezident Zelenskini dəvət edirəm, 18 iyulda səfərlə Gürcüstan gəlsin. Həmçinin, aydındır ki, Krım platformasının böyük əhəmiyyəti var və qayıdan kimi, qərar verəcəyik, bu plaformada Gürcüstan nümayəndəsi kim olacaq, bu da çox əhəmiyyətlidir. Gürcüstan qeyd olunan patformada mütləq təmsil olunacaq. Bununla yanaşı, ümidvar olduğumu ifadə edirəm ki, gələn il, Ukrayna-Gürcüstan əlaqələrinin 30 illik yubileyi yüksək səviyyədə keçiriləcək və prezident Zelenskiyə təklif etdim qeyd olunan tarixi mədəni günlərlə qeyd edək”, – Zurabişvili bəyan etdi.