Salome Zurabişvili və İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri telefon danışığı aparıb
Salome Zurabişvili və İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri telefon danışığı aparıb

 
Mən İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevlə danışdım, terrorizmi birmənalı olaraq pislədim, İsrailin öz ərazilərini qorumaq üçün göstərdiyi səylərlə bir daha həmrəy olduğumuzu bildirdim – bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazır.

Zurabişvili bildirib ki, o, girovların təhlükəsiz və tez bir zamanda azad ediləcəyinə ümid etdiyini ifadə edib.

“Mən girovların təhlükəsiz azad edilməsinə və bütün mülki şəxslərin, xüsusən də qadınların və uşaqların təhlükəsizliyini təmin edən sürətli humanitar addımlara ümidvar olduğumu bildirdim”- Zurabişvili sosial şəbəkədə yazır.