Salome Zurabişvili - vaksin üzrə Gürcüstan Avropa İttifaqı tərəfindən hmrəylik qərarını gözləyir
Gürcüstan prezidenti, Salome Zurabişvili Brüssüldə Avropa Şurası prezidenti, Şarl Mişel ilə görüşdə qeyd etdi ki, koronavirus vaksini üzrə Gürcüstan Avropa İttifaqı tərəfindən hmrəylik qərarını gözləyir.
Bununla yanaşı, Şarl Mişel qeyd etdi ki, prezidentin xahişi qəbul olunub və çalışacaq ki, bu məsələ üzrə həmkarları ilə müvafiq nəticəyə nail olsun.
Salome Zurabişvili Şarl Mişel ilə görüşü Strasburq Məhkəməsinin əhəmiyyəti barəsində söhbətlə başladı və qeyd etdi ki, məhkəmənin tarixi qərarını gözləyirdi.
Prezident bəyan etdi ki, Avropa İttifaqı tərəfindən bu məsələ üzrə müvafiq münasibət çox önəmlidir.
Şarl Mişel prisezidentə Gürcüstanın ərazi bütövlüyü və suveneliyinə qarşı dəstəyini bir daha təsdiq etdi.
Görüşdə həmçinin, Gürcüstan və Avropa İttifaqının yaxınlaşmasının konkret və praqmatik addımları barəsində söhbət etdilər.
Salome Zurabişvili Şarl Mişeli Gürcüstana dəvət etdi. Avropa Şurası prezidenti təşəkkürünü bildirdi və səfər üçün hazırlığını ifadə etdi.
Məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.