Salome Zurabişvili - Rusiya bazalarını vaxtilə bu ölkədən çıxardığım kimi, sözümə və andıma indi də sadiq qalacağam, Avropa yolunda sona qədər bu ölkəyə sadiq qalacağam
Salome Zurabişvili - Rusiya bazalarını vaxtilə bu ölkədən çıxardığım kimi, sözümə və andıma indi də sadiq qalacağam, Avropa yolunda sona qədər bu ölkəyə sadiq qalacağam

Necə ki, vaxtilə bu ölkədən rus bazalarını çıxartdım və yeri gəlmişkən, mənim üçün məhkəmə quruldu, indi də sözümə, andıma, özümü bu ölkəyə, onun müstəqilliyinə, Avropaya gedən yolda xalqının azadlığına sona qədər sadiq qalacağam, – deyə Gürcüstan Prezidenti Salome Zurabişvili prezidentin impiçmentinin müzakirə olunduğu parlamentdə bildirib.

Salome Zurabişvilinin qeyd etdiyi kimi, “Bu gün böyük Niko Nikoladzenin nümunəsi yadıma düşür, o, məhkum edilmiş, istefaya göndərilmişdi, lakin ondan heç nə əksilməmişdi”.

“Buna baxmayaraq o, Avropanı bir çox yol və formalarda bu ölkəyə gətirib. Onun bir çox opponentlərinin adı tarixdə qaldı, amma biz hələ də onun tikdiyi şəhəri, işə saldığı dəmir yolunu, tikdirdiyi məbədi, ən əsası isə bizə aşıladığı Avropa ideyasını görə bilirik. Məni, onun nəslindən biri olaraq, sizcə nə qorxutmalıdır ?, götürək prokurorluğun məruzəsi mi ? Məni nə bezdirməli, bu ölkədən getməyə nə məcbur etməlidir, buna ümid etməyin. Sözümü yerinə yetirməyimə kim mane olmalıdır? Necə ki, vaxtilə bu ölkədən rus bazalarını çıxartdım və yeri gəlmişkən, mənim üçün məhkəmə quruldu, indi də sözümə, andıma, bu ölkəyə, onun müstəqilliyinə, Avropaya gedən yolda sona qədər xalqının azadlığına sadiq qalacağam”, – Salome Zurabişvili bildirib.