Salome Zurabişvili - Ursula fon der Laien ilə görüşdə Avropa ailəsinə qoşulmaqla bağlı gürcü xalqının qəti iradəsini təkrarladım
Salome Zurabişvili - Ursula fon der Laien ilə görüşdə Avropa ailəsinə qoşulmaqla bağlı gürcü xalqının qəti iradəsini təkrarladım

 
Gürcüstan Prezidenti Salome Zurabişvili Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien ilə görüş keçirib. Zurabişvili görüşə “Twitter”də münasibət bildirib.

“Prezident Ursula fon der Laien ilə görüşdə Avropa ailəsinə qoşulmaqla bağlı gürcü xalqının qəti iradəsini bir daha təkrarladım və Aİ-yə namizəd statusunun gürcü cəmiyyəti üçün əhəmiyyətini vurğuladım.

Mən Gürcüstanı Avropa İttifaqına doğru tarixi yolda irəli aparacaq əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm”-deyə Salome Zurabişvili açıqlayır.