Salome Zurabişvili – Ukrayna şəhərlərinə, o cümlədən Kiyevdəki uşaq xəstəxanasına raket hücumlarını qətiyyətlə qınayıram, bu, Rusiya müharibəsinin qəddar üsullarını bir daha aydın şəkildə nümayiş etdirir

19:06, 08.07.2024

Gürcüstanın prezidenti Salome Zurabişvili Rusiyanın Ukrayna şəhərlərinə raket hücumlarını qınayır.

Salome Zurabişvilinin yazdığı kimi, bu, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin qəddar üsullarını bir daha nümayiş etdirir.

“Mən Ukrayna şəhərlərinə, o cümlədən Kiyevdəki uşaq xəstəxanasına bugünki raket hücumlarını qətiyyətlə qınayıram. Bu, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin qəddar üsullarını və faciəli nəticələrini bir daha aydın şəkildə nümayiş etdirir”, – Salome Zurabişvili yazır.

Hazırda mövcud olan göstəricilərə əsasən, Rusiyanın Ukraynaya bugünki raket hücumu nəticəsində 28 nəfər həlak oldu.

Oxşar