Salome Zurabişvili - Ukrayna diqqət mərkəzindədir və bu gün Gürcüstandakı vəziyyət unudulmur, biz buradayıq və Avropaya gedən yolumuzun davam etdirilməsi Avropa İttifaqı üçün vacibdir
Ukrayna diqqət mərkəzindədir və bu gün Gürcüstandakı vəziyyət unudulmur, biz buradayıq və Avropaya gedən yolumuzun davam etdirilməsi Avropa İttifaqı üçün vacibdir-deyə Avropa Şurasının prezidenti Şarl Mişellə görüşən Gürcüstan prezidenti
Salome Zurabişvili bildirib.
Zurabişvilinin sözlərinə görə, Gürcüstan üçün zəruri islahatların aparılması önəmlidir.
“Bu gün Ukrayna və orada baş verən olduqca ağır hadisələr və Rusiya təcavüzünə qarşı həmrəylik hər kəsin diqqət mərkəzindədir. Gürcüstandakı vəziyyət bu gün unudulmur, biz buradayıq və Avropaya gedən yolumuzun davam etdirilməsi, bütün lazımi tədbirlər və islahatları həyata keçirmək Avropa İttifaqı üçün vacibdir. Bizim və digər assosiativ ölkələrin gələcəyi bu gün yəqin ki, yeni inkişaf və buna yeni perspektiv verəcək yeni bir mühitdir, lakin bunun üçün hamımız hazır olmalıyıq “-deyə Salome Zurabişvili bildirib.