Salome Zurabişvili Türkiyə səfirliyində açılan matəm kitabına ürək sözlərini yazıb
Salome Zurabişvili Türkiyə səfirliyində açılan matəm kitabına ürək sözlərini yazıb

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Türkiyə səfirliyində açılan matəm kitabına ürək sözlərini yazıb.

Salome Zurabişvili Türkiyədə baş vermiş faciə ilə bağlı Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbaya başsağlığı verib.

Fevralın 6-da səhər saatlarında Türkiyədə güclü zəlzələ baş verib. Son məlumatlara əsasən zəlzələ nəticəsində ölkədə 9057 nəfər həlak olub, onlar arasında üç Gürcüstan vətəndaşının ölüm faktı rəsmi şəkildə təsdiqlənib.