Salome Zurabişvili -tərəfdaşlarımızın hələ də Rusiyanın etibarlı tərəfdaş ola biləcəyini hesab etdiyi zamanlarda müharibələrdən, işğallardan keçmişik,  Ukrayna müharibəsi bu baxışı dəyişdi
Salome Zurabişvili -tərəfdaşlarımızın hələ də Rusiyanın etibarlı tərəfdaş ola biləcəyini hesab etdiyi zamanlarda müharibələrdən, işğallardan keçmişik, Ukrayna müharibəsi bu baxışı dəyişdi

 

Bu çox çətin zamanda bu gün burada sizinlə birlikdə olmaq böyük şərəfdir. 12 ildən sonra ilk dəfədir ki, Gürcüstan prezidentinin Moldovaya səfəri baş tutub və belə bir səfərin ölkələrimiz arasında münasibətlər üçün xüsusi əhəmiyyəti olduğu aydındır – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Moldova prezidenti Maia Sandu ilə görüşdən sonra təşkil edilən mətbuat konfransında açıqlamasında bildirib.

“Bugünkü gündə  Avropada baş verənlər, Ukraynada baş verənlər fonunda ikitərəfli münasibətlərimizdən danışmağa başlamaq çox çətindir. Bizim üçün, sizin ölkəniz üçün, Gürcüstan üçün əsas olan bu gün səhər Ukraynada, Rusiyanın Ukraynanın müstəqilliyinə və ərazi suverenliyinə qarşı atdığı ən sərt addımlardır. Kiyevin bombalanması, vətəndaşlara qarşı belə sərt hərəkətlər – bütün bunlar müasir dünyada qəbuledilməzdir. Avropada qəbuledilməzdir, bizim üçün də, hər iki ölkə üçün də, dəyərlərimiz üçün də qəbuledilməzdir.

Bir tərəfdən Rusiyanın təcavüzü bu günün əksi deyil, bu, bugünkü günün anaxronizmdir, bu müharibələr və totalitarizm əsri olan əsrdə ilişib qalmaqdır”-deyə Zurabişvili bildirib.

Gürcüstan prezidenti Ukraynadakı müharibənin dünya üçün ən böyük təhlükə olduğunu bildirib. Salome Zurabişvili Rusiyanın suveren Ukraynaya və onun xalqına qarşı təcavüzünü qınadığını qeyd edib.

“Ukraynadakı müharibə həm də ölkələrimiz, Avropa və yəqin ki, bütün dünya üçün böyük təhlükədir. Bu səbəbdən aqressiya qalib gələ bilməz. Haqsızlıq, qeyri-insanilik qalib gələ bilməz. Əraziləri işğal olunmuş bir ölkə kimi, Rusiya öz ərazisində səfərbərlik elan etdikdən sonra,  işğal olunmuş ərazilərimizdə Rusiya pasportlarını paylayandan sonra bizim üçün bu çağırış daha kəskindir. Rusiya vətəndaşlarımıza təsir edən səfərbərlik aparır və bu onların bütün hüquqlarının pozulmasıdır, heç bir şəkildə onların müharibəsi olmayan ədalətsiz müharibəyə zorla cəlb edir.

Mən bir daha Rusiyanın suveren Ukraynaya və onun xalqına qarşı təcavüzünü qınayıram. Mən bir daha Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqını pisləyirəm. Bir daha Gürcüstan və gürcü xalqı adından Ukrayna və Ukrayna xalqı ilə həmrəyliyimi ifadə edirəm”- deyə Zurabişvili bildirib.

O bildirib ki, “Rusiyanın qəddarlığına qarşı əsas silah beynəlxalq ictimaiyyətin Ukraynaya qarşı göstərdiyi misilsiz həmrəylikdir . Salome Zurabişvili Ukraynadakı müharibənin Rusiyanın əsl simasını dünyaya göstərdiyini açıqlayıb.

“Gürcüstan və Moldovanın tam qoşulduğu Amerika və Avropa İttifaqının effektiv həmrəyliyi xüsusidir. Ukraynadakı müharibə bu gün Avropa üçün ən böyük problemdir, lakin eyni zamanda demək lazımdır ki, Avropa bu gün Rusiyanın əsl üzünü görüb.

Biz başqa dövrlərdən, başqa müharibələrdən, başqa işğallardan keçmişik, o zaman avropalı tərəfdaşlarımız Rusiyaya başqa gözlə baxırdılar və hələ də Rusiyanın hərəkətlərinə baxmayaraq, onlar üçün etibarlı tərəfdaş ola biləcəyini düşünürdülər. Ukraynadakı müharibə bu baxışı dəyişdi və hamı Rusiyanın təcavüzünün,  imperiya baxışı və davranışının əsl üzünü gördü” – deyə Salome Zurabişvili bildirib.