Salome Zurabişvili - Təhlükəsizlik Şurasının iclasının keçirilməsini alqışlayıram, dövlətin malik olduğu bütün təsir vasitələrindən istifadə etməsi ölkə və cəmiyyətin maraqları baxımından vacibdir
Salome Zurabişvili - Təhlükəsizlik Şurasının iclasının keçirilməsini alqışlayıram, dövlətin malik olduğu bütün təsir vasitələrindən istifadə etməsi ölkə və cəmiyyətin maraqları baxımından vacibdir

 

Gürcüstan prezidenti Salome Zurabişvili Milli Təhlükəsizlik Şurasının iclasının keçirilməsini alqışladığını bildirib. Bu barədə o, “Facebook” sosial şəbəkəsində yazıb.

“Ukraynada davam edən müharibə fonunda ölkənin üzləşdiyi çağırışların öhdəsindən gəlmək, maraqlarını qorumaq və cəmiyyətdə sülh olması üçün dövlətin bütün vasitələrdən istifadə etməsi vacibdir”-deyə Salome Zurabişvili yazır.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Baş nazirin mətbuat xidmətindən verilən məlumatda görüşdə qlobal və regional təhlükəsizlik mühitinin vacib tendensiyaları və çağırışlarının müzakirə edildiyi deyilir.