Salome Zurabişvili - tarixin həlledici məqamındayıq, bunu isə hamımız dərk etməliyik, nümayiş zamanı çıxış edəcək hər kəsi salamlamaq istəyirəm, simamızı göstərmək önəmlidir və bu sima sakit olmalıdır
Salome Zurabişvili - tarixin həlledici məqamındayıq, bunu isə hamımız dərk etməliyik, nümayiş zamanı çıxış edəcək hər kəsi salamlamaq istəyirəm, simamızı göstərmək önəmlidir və bu sima sakit olmalıdır

 

Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, ölkə tarixin həlledici məqamındadır və hər kəs bunu dərk etməlidir.

Salome Zurabişvili diqqəti Avropa Şurasının iclasından əvvəl ölkənin maraqlarının qorunmasına çəkib.

“Bir millətin tarixində belə həlledici məqamlar nadir hallarda olur və bu günlərin həlledici olacağını çox nadir hallarda əvvəlcədən bilirsən. Tariximizin belə həlledici məqamındayıq və yəqin ki, hamımız bunu dərk etməliyik. Mən də öz növbəmdə bu son günlərdən maraqlarımızı mümkün qədər irəliyə çəkmək üçün istifadə etməyə çalışıram. Belə ki, ötən həftə də dediyim kimi, biz bu mühüm Avropa Şurasının iclasından əvvəl maraqlarımızı qorumaq üçün bütün həmkarlarıma məktublar göndəririk. Ən son arqumentlərimizi təqdim etmək üçün, həmkarlarıma yönəlik müraciətlərimi qeydə almışıq və artıq “Twitter”-də yayacağıq, çalışırıq ki, bu forma, bu vasitə ilə də onlara müraciət edək. Hamı bu həftənin Gürcüstan üçün, onun Avropa gələcəyi üçün nə qədər önəmli olmasından xəbərdar olmalıdır. Biz Avropa Komissiyasının Avropa Şurasına bizə Avropa perspektivi verməsini tövsiyyə etdiyinə dair rekomendasiyasına şahid olduq, bu, yəqin ki, son vaxtlara qədər xəyal belə edə bilmədiyimiz çox böyük bir şeydir. Hələlik bizə namizəd statusu vermirlər, lakin bizə tapşırılan islahatları, addımları atacağımız təqdirdə bizə ümid verir. Mən hamıdan xahiş edərdim ki, bu günlərdə əlimizdən gələni edək, özümüzü ləyaqətli, Avropa ölkəsi kimi təqdim edək” – deyə Salome Zurabişvili bildirib.

Bununla yanaşı, Salome Zurabişvili bu gün aksiyaya çıxacaq vətəndaşlara müraciət edərək onları sakitliyə çağırıb.

“Mən bu gün nümayiş zamanı çıxış edəcək bütün insanları salamlamaq istəyirəm. Simamızı göstərmək önəmlidir və bu sima sakit olmalıdır. Biz nə istədiyimizi, necə Avropa və necə Gürcüstan istədiyimizi bilirik, bunu da göstərməliyik. Mən hamıya müraciət edir və buraya iğtişaşlar salmaq üçün gəlməməyə və hüquq-mühafizə orqanlarını sülhü qorumağa çağırmaq istəyirəm, çünki bu sakit görüntülər Avropanın bütün ekranlarında yayımlanacaq və məqbul olan qərarların bir hissəsi olacaq”-deyə Salome Zurabişvili qeyd edib.