Salome Zurabişvili - şərqi Ukraynada keçirilən referendumları qəti şəkildə qınamalıyıq bu, Rusiyanın son dərəcə rişxəndli hərəkətidir
Şərqi Ukraynada keçirilən referendumları qəti şəkildə qınamalıyıq- deyə Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın birliyi uğrunda mübarizədə həlak olan qəhrəmanların xatirəsinə həsr olunmuş memorial yaxınlığında bildirib.
O, bunun Rusiyanın son dərəcə rişxəndli hərəkəti olduğunu və sivil insanlar üçün tamamilə qəbuledilməz olduğunu açıqlayıb.
“Mən bu günün fürsətindən istifadə edərək demək istərdim ki, biz Şərqi Ukraynada keçirilən referendumları qəti şəkildə qınamalıyıq. Biz işğal olunmuş ərazidə və ələxsus da bu dövrdə, müharibə şəraitində referendumun nə demək olduğunu bilirik. Bu, Rusiyanın bizim üçün, dünya, sivil insanlar üçün tamamilə qəbuledilməz olan son dərəcə rişxəndli hərəkətidir “-deyə Salome Zurabişvili jurnalistlərə açıqlayıb.