Salome Zurabişvili - sarsıntı içərisindəyəm, valideynlərin, ailə və bütün Gürcüstanın ağrısını bölüşürəm
Oxşar faciə təkrarlanmamalıdır və heç kim bunu yaşamamalıdır – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazır.
“Baş verənlər haqqında danışmaq üçün söz tapmaq imkansızdır. Oxşar faciə bir daha təkrarlanmamalı və heç kim bunu yaşamamalıdır.
Bir insan kimi sarsıntı keçirirəm, valideynlərin, ailə və bütün Gürcüstanın ağrısını bölüşürəm” – Salome Zurabişvili yazır.
Mövcud məlumata görə, Vake parkında oynayarkən uşaqların topu fəvvarənin içərisinə düşüb, onu çıxararkən üç azyaşlını elektrik cərəyanı vurub. Onlardan ikisi Xeçinaşviliyə, biri isə İaşvili Klinikasına yerləşdirilib. Azyaşlılardan biri klinikada dünyasını dəyişib.
Baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi elektrik və ya istilik enerjisi , qaz, neft və ya neft məhsulları müəssisəsində təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci hissəsi ilə istintaq başladıb.