Salome Zurabişvili Sameqreloda keramika studiyasını və fındıq müəssisəsini ziyarət edib
Salome Zurabişvili Sameqreloda keramika studiyasını və fındıq müəssisəsini ziyarət edib

 
Gürcüstan prezidenti Salome Zurabişvili Sameqreloya səfəri çərçivəsində, unikal gürcü ənənəsi ilə qara, parlaq keramika istehsal edən “Orkoli” keramika müəssisəsini ziyarət edib.

Prezidentin mətbuat xidməti tərəfindən verilən məlumatda, Salome Zurabişvilinin səfərinin Zuqdidinin keramikası kimi regional inkişaf üçün mühüm əhəmiyyət kəsb edən kiçik biznes və ənənəvi istehsalın dəstəklənməsi məqsədilə həyata keçirildiyi deyilir.

USAID-in maliyyə dəstəyi ilə istehsalatı genişləndirən və inkişaf etdirən 35 illik təcrübəyə malik şirkətdə yerli əhali çalışır.

“Orkoli” keramika studiyasının qurucusu Robert Absandze Zuqdidi şəhərinin və ümumilikdə regionun inkişafına töhfə verəcək Kolxuri və gürcü gil istehsalı ənənələrinin davam etdirilməsi və dirçəldilməsinin vacib olduğunu bildirib.

“Müəssisə qədim gürcü, arxaik keramika əsərlərindən götürülmüş və kompozisiya olaraq onların sintezinin təsvir olunduğu müxtəlif növ ornamentli keramika məmulatları istehsal edir” – deyə Robert Absandze bildirib.

Gürcüstan prezidenti Sameqreloda həmçinin “Ferrero”nun törəmə müəssisəsi olan və 1800 hektar sahədə yetişdirilən məhsulları İtaliyaya ixrac edən “AgriGeorgia” fındıq müəssisəsində də olub.

Şirkətin nümayəndələri prezidentə şirkətin fəaliyyəti barədə məlumat verərək, indiyədək şirkətə 100 milyon avro sərmayə qoyulduğunu, son iki ildə İtaliyaya təxminən 4500 ton fındıq göndərildiyini qeyd ediblər.

Müəssisənin prioritet istiqaməti yerli əhalini işlə təmin etməkdir, müəssisədə 300 yerli sakin daimi , mövsüm ərzində isə təxminən 1500 insan işləyir.