Salome Zurabişvili - Saqarecoda baş verən faciə ilə bağlı kədəriləndiyimi ifadə edirəm, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralılara isə, tezliklə sağalmalarını arzulayıram
“Gürcüstan prezidenti, Salome Zurabişvili Saqarecoda baş verən faciə ilə bağlı kədəriləndiyini ifadə edir, hücum nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir.
“Öz peşə borcunu yerinə yetirmək və Gürcüstana xidmət etmək üçün həyatını qurban verən Daxili İşlər Nazirliyinin daha bir ləyaqətli polisinin faciəli ölümü ilə əlaqədar başsağlığı verirəm. Hücum nəticəsində yaralılara tezliklə sağalmalarını arzulayıram”, – Salome Zurabişvili qeyd edir.
Saqarecoda, korpusların birindən naməlum şəxs atəşi gecə yarısı açdı.
Son məlumatla, atəş nəticəsində beş nəfər həlak oldu, beş nəfər isə, yaralandı. DİN-in məlumatına görə, hadisə yerinə xüsusi təyinatlı dəstə üzvləri gedən kimi, hücumçu odlu silahdan atəş açaraq, güman edildiyinə görə, intihar etdi.