Salome Zurabişvili - Saakaşvilini niyə əfv etməyəcəyimi kifayət qədər geniş izah etmişəm, digər tərəfdən dövlət başçısı olaraq, onun bərpası mümkün olmayan zərər görməsini istəmirəm, bütün tibbi hesabatları diqqətlə izləyirəm
Salome Zurabişvili - Saakaşvilini niyə əfv etməyəcəyimi kifayət qədər geniş izah etmişəm, digər tərəfdən dövlət başçısı olaraq, onun bərpası mümkün olmayan zərər görməsini istəmirəm, bütün tibbi hesabatları diqqətlə izləyirəm

 
Gürcüstan prezidenti Salome Zurabişvili BBC-nin “Hard Talk” proqramında onun Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini əfv etmək səlahiyyətinin olmadığını açıqlayıb. “Məndə bu səlahiyyət yoxdur” -deyə Salome Zurabişvili bildirib.

“Bunu tələb edə bilərsiniz mi? Siz onun administrasiyasında xarici işlər naziri idiniz”-deyə ünvanlanan suala Salome Zurabişvili cavabında bildirib ki, qanuna görə əfv yalnız hər şey bitdikdən sonra mümkündür, Saakaşvili isə hələ də mühakimə olunur.

“Çox sadə səbəbdən bu səlahiyyətə malik deyiləm, onun barəsində hökm prosesi hələ tamamlanmayıb. Onu hələ də mühakimə edirlər. Gürcüstanda qanun belədir ki, əfv yalnız hər şey bitdikdən sonra verilə bilər” – deyə Salome Zurabişvili bildirib.

“Hər şey bitdikdən sonra Saakaşvilini əfv edərdiniz mi ?” sualına cavab olaraq Salome Zurabişvili bildirib ki, Gürcüstanda onu niyə əfv etməyəcəyini kifayət qədər geniş izah edib.

“Bu başqa məsələdir. Mən Gürcüstanda onu niyə əfv etməyəcəyimi kifayət qədər geniş izah etdim, çünki bu, qütbləşmənin əsas amilidir. Onun rejimi altında yaşayan ailələrdən belə bir avtokratik rejimdə yaşamağın nə demək olduğunu öz üzərində sınamamış bir ailə belə tapa bilməzsiniz . Bu səbəbdən, mən daha da qütbləşmə alətinə çevrilmək istəmirəm. Digər tərəfdən, mən eks-prezidentin həbsdə ölməsini, bərpası mümkün olmayan zərər görməsini istəməyən dövlət başçısıyam. Bu səbəbdən bütün tibbi hesabatları çox diqqətlə izləyirəm. Bu gün beynəlxalq həkim qrupundan başqa bir nəticə gözləyirdim, lakin hələ dərc olunmayıb. Mən Gürcüstanda açıq şəkildə deyirəm ki, Saakaşvilini ekstradisiya etmək lazımdır, və ya mən bilmirəm düzgün termin nədir, ona 6 aydır yatdığı xəstəxanada əlavə yüngülləşmə imkanı vermək lazımdır, lakin bu qərarı məhkəmə verməlidir” – deyə Salome Zurabişvili bildirib.