Salome Zurabişvili - Saakaşvili ilə bağlı Avropa Məhkəməsinin qərarının Gürcüstana hər hansı bir yeni reputasiya zərbəsi vurmaması mühümdür
Salome Zurabişvili - Saakaşvili ilə bağlı Avropa Məhkəməsinin qərarının Gürcüstana hər hansı bir yeni reputasiya zərbəsi vurmaması mühümdür

Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş prezidentin təcili olaraq xarici ölkədəki tibb müəssisəsinə köçürülməsinə razılıq verməmək qərarı mühümdür-  Gürcüstan Prezidenti Salome Zurabişvilinin bəyanatında bu haqda qeyd olunub.

Bəyanatda qeyd edildiyi kimi, Strasburq Məhkəməsinin qərarının Gürcüstana hər hansı bir yeni reputasiya zərbəsi vurmaması vacibdir.

“Xüsusilə Gürcüstanın namizəd statusunun müzakirə olunduğu bir vaxtda bu qərarın Gürcüstanın reputasiyasına xələl gətirməməsi vacibdir. Eyni zamanda, hesab edirəm ki, onun həyat və sağlamlıq hüququnun gələcəkdə də təmin edilməsi zəruridir” – deyə bəyanatında vurğulanıb.