Salome Zurabişvili - Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ciddi deyil, daha çox rəmzidir, lakin gələcəkdə baş verəcəklərin siqnalıdır
Nəticə verəcək bir sıra sanksiyalar var, Qərb ölkələrində sanksiyalar tətbiq edildikdən sonra bunun nəticə verməsinə dair təcrübə var – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya tərəfindən qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı tətbiq olunan sanksiyalar barədə danışarkən bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə sanksiyalar rəmzidir, lakin ola bilsin gələcəkdə daha çox sanksiya tətbiq olunsun.
Salome Zurabişvilinin də qeyd etdiyi kimi, demokratik ölkə üçün sanksiyalar mexanizmi önəmlidir.
“Bu gün sanksiyalar baxımından baş verənlər, mənim fikrim beynəlxalq ictimaiyyətin ruhundan fərqlənmir. Demokratik ölkə olaraq, aqressiyaya cavab verməyəndə kimlərsə bunu demokratiyanın zəifliyi kimi qəbul edə bilər, lakin demokratiya belə işləyir. Demokratiya ilə diktatura arasında fərq böyük olduqda, insanların həyatı demokratiyanı qorxuya salır və məhz bu sonralar zəifliyin obyektinə çevrilir. Cavab təbii ki, sanksiyalarla verilir. Hesab edirəm ki, tətbiq edilən sanksiyalar ciddi olmaqdan daha çox rəmzidir , çünki mən əmin deyiləm ki, bu iki regiona gedən amerikalı investorlar Luqanska pul yatırmayacaqlar, lakin bu, gələcəkdə nələrin baş verəcəyinə dair siqnaldır. Bu sanksiyalar təbii ki, əvvəllər gördüyümüzdən fərqli olaraq bir qədər fərqli şəkildə tətbiq olunacaq. Əgər keçmişdən öyrənməli olduğumuz bir şey varsa – 2008-ci ildə Gürcüstana və 2014-cü ildə Ukraynaya müdaxiləyə əsaslanaraq, o da budur ki, Qərbli tərəfdaşlarımız o mərhələdə əllərində olan bütün imkanlardan istifadə etmədilər. Rusiya bunun hesabını tam ödəmədi, onun qarşısı alına bilmədi, məhz buna görə də bu gün belə bir çağırışımız var”- deyə Zurabişvili bildirib.
Salome Zurabişvilinin sözlərinə görə, sanksiyaların nəticəsi var və Qərbin buna dair təcrübəsi var.
“Rusiyanı başa salmaq üçün müharibəsiz edilə biləcək şey siyasi , maliyyə və mənəvi hesabın ödənilməli olacağıdır. Mexanizmlər sanksiyalardır. Nəticə verəcək bir sıra sanksiyalar var, Qərb ölkələrində sanksiyalar tətbiq edildikdən sonra bunun nəticə verməsinə dair təcrübə var. Çoxları Almaniyanın bu addımı atmayacağını düşünürdü, lakin Almaniya burada da olduqca simvolik idi. Hamımız necə simvolik sanksiyalar tətbiq edildiyini gördük “-deyə Zurabişvili bildirib.