Salome Zurabişvili - Rusiyanın Ukraynadakı Çaplino dəmiryol vağzalına endirdiyi zərbə məni sarsıtdı və kədərləndirdi, Gürcüstan Ukrayna xalqının yanındadır
Gürcüstan prezidenti Salome Zurabişvili Dnepropetrovskdakı dəmiryol vağzalına endirilən raket hücumuna münasibət bildirir.
“Rusiyanın Ukraynadakı Çaplino dəmiryol vağzalına endirdiyi zərbə məni sarsıtdı və kədərləndirdi. Ukraynanın Müstəqillik Günündə dəhşətli hücum, dinc sakinlərə qarşı vəhşi zorakılıq. Faciəvi şəkildə itirilmiş həyatların yasını saxlayıram. Gürcüstan Ukrayna xalqının yanındadır” -deyə Salome Zurabişvili “Twitter”də yazır.
Dnepropetrovskda dəmiryol vağzalına endirilən raket hücumu nəticəsində son məlumatlara görə, 25 nəfər həlak olub.