Salome Zurabişvili - Rusiyanın daha bir ağır cinayətini qəti şəkildə qınayıram, bəndə hücum Rusiyanın qəddar taktikasını göstərir, müharibə cinayətlərinə qanuni cavab verilməlidir
Salome Zurabişvili - Rusiyanın daha bir ağır cinayətini qəti şəkildə qınayıram, bəndə hücum Rusiyanın qəddar taktikasını göstərir, müharibə cinayətlərinə qanuni cavab verilməlidir

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Kaxovkada su elektrik stansiyasında baş verən partlayışa münasibət bildirib. Salome Zurabişvili bu hadisənin Rusiyanın qəddar taktikasını bir daha göstərdiyini bildirib.

O, müharibə cinayətlərinə hüquqi cavab verilməsi gərəkdiyini bildirib.

“Rusiyanın törətdiyi daha bir ağır müharibə cinayətini qətiyyətlə qınayıram. Mülki infrastruktura, “Nova Kaxovka”nın bəndinə dəhşətli hücum Rusiyanın qəddar taktikasını bir daha göstərir. Bu müharibə cinayətlərinə qanuni cavab verilməlidir. Gürcüstan Ukraynanı dəstəkləyir”-deyə prezidentin bəyanatında deyilir.

Xatırladaq ki, Ukrayna hakimiyyəti Rusiya qüvvələrinin Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasının bəndini partlatdığına dair məlumat yayır. Xersondan əhali təxliyə edilir. Artıq bir neçə yaşayış məntəqəsi qismən və ya tamamilə su altında qalıb.