Salome Zurabişvili - Rusiya vətəndaşlarının Gürcüstana girişi həqiqətən çağırışdır, kifayət qədər liberal viza rejiminə yenidən baxmalı olacağımız istisna edilmir
Salome Zurabişvili - Rusiya vətəndaşlarının Gürcüstana girişi həqiqətən çağırışdır, kifayət qədər liberal viza rejiminə yenidən baxmalı olacağımız istisna edilmir

 

Rusiya vətəndaşlarının Gürcüstana girişi həqiqətən çağırışdır, kifayət qədər liberal viza rejiminə yenidən baxmalı olacağımız istisna edilmir -bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

Zurabişvili hakimiyyətin viza rejimi ilə bağlı qərar verməli olduğunu açıqlayıb.

“Rus vətəndaşlarının Gürcüstana girişi həqiqətən çağırışdır. Mən təhdid deməzdim, lakin problemdir, onlar arasında Rusiyada mövcud olan şərait səbəbilə gələn keçmiş Gürcüstan vətəndaşları da var. Həmçinin müxtəlif səbəblərdən Gürcüstana gələn rus vətəndaşları da var. Əsas odur ki, ictimaiyyət əmin olsun ki, bütün nəzarət mexanizmlərindən istifadə olunur, heç bir təhlükə yoxdur. Bunun üçün mən hesab edirəm ki, daha çox ünsiyyət lazımdır, bütün aspektlərdə bütün mümkün təhlükələr və bütün mümkün məsələlərin hakimiyyət tərəfindən faktiki olaraq nəzərdən keçirildiyi, bütün tədbirlərin görüldüyü barədə cəmiyyətimiz daha çox məlumatlandırılmalıdır. Həmçinin, indiki şəraitdə kifayət qədər liberal və bu təcavüz şəraitində daha az məqbul sayıla bilən viza rejiminə yenidən baxmalı olacağımız istisna edilmir , lakin bütün bunları hakimiyyət ictimaiyyətlə birlikdə həll etməlidir, bəlkə də ən vacibi budur” -deyə Zurabişvili bildirib.