Salome Zurabişvili - Rusiya iqtidarına müraciət edirəm ki, eskalyasiyaya uymasınlar
Rusiya iqtidarına müraciət edirəm ki, eskalyasiyaya uymasınlar. Qonşu ölkə tərəfindən “radikal” qüvvələrin başladığı provokasiyaya uyub, onların destruktiv məqsədlərinə imkan versə, bu paradoks olar, – bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili bugün keçirilən brifinqdə verdi.
Prezidentin dediyinə görə, sülh və dinc siyasət, regiondaki sabitliyin qorunması üçün yeganə yoldur.
“Həmçinin, Rusiyada yaşayan Gürcüstan vətəndaşlarına müraciət edirəm, mən sizin də prezidentinizəm və sizin yaxşı olmanız bizim üçün önəmlidir. İqtidarımız belə vəziyyətdə etməsi gərəkən hər şeyi əlindən edir ki, sabitlik və sülh içində yaşamağa davam edək.
Və sonunda, ölkəmizə gələn qonaqlarımıza müraciət edirəm, – Gürcüstan əsrlər boyu tolerantlığın və qonaqpərvərliyin simvolu olub və bu ənənənin pozulmasına imkan verməyəcəyik” – dedi Salome Zurabişvili.