Salome Zurabişvili Rumıniyaya rəsmi səfər edəcək
Salome Zurabişvili Rumıniyaya rəsmi səfər edəcək

 

Gürcüstan prezidenti Salome Zurabişvili Rumıniya prezidentinin dəvəti ilə bu gün Buxarestə yollanacaq və rəsmi səfər edəcək.

Gürcüstan prezidentinin rəsmi qarşılanma mərasimi oktyabrın 11-də Buxarestdə, Gürcüstan prezidenti ilə Rumıniya prezidenti Klaus İohannisin danışıqlarının aparılacağı Kotroçen sarayında keçiriləcək. Nümayəndə heyətlərinin müşayiəti ilə prezidentlərin geniş tərkibdə görüşü planlaşdırılır.

Prezidentlər təkbətək və geniş tərkibdə görüşlərdən sonra media nümayəndələri üçün mətbuat konfransı keçirəcək və jurnalistlərin suallarını cavablandıracaqlar. Rəsmi səfər çərçivəsində prezidentin Rumıniyanın yüksək vəzifəli şəxsləri: Baş nazir Nikolae Çukas, Rumıniya Senatının və Deputatlar Palatasının həmsədrləri ilə görüşləri nəzərdə tutulub. Oktyabrın 12-də isə prezident Konstansada yerli hakimiyyət nümayəndələri ilə görüşəcək, limana baş çəkəcək və dəniz limanının rəhbərliyi ilə görüş keçirəcək.

Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.