Salome Zurabişvili - polisin vəzifə və borcu ölkədə təhlükəsizliyin, əmin-amanlığın qorunmasında məhək daşıdır, bu peşə üçün hər şeyi fəda etdiyiniz üçün təşəkkür edirəm, ölkə üçün böyük xidmətdir
Salome Zurabişvili - polisin vəzifə və borcu ölkədə təhlükəsizliyin, əmin-amanlığın qorunmasında məhək daşıdır, bu peşə üçün hər şeyi fəda etdiyiniz üçün təşəkkür edirəm, ölkə üçün böyük xidmətdir

 
Polisin vəzifə və borcu ölkədə təhlükəsizliyin, əmin-amanlığın qorunmasında məhək daşıdır, bu peşə üçün hər şeyi fəda etdiyiniz üçün təşəkkür edirəm, ölkə üçün böyük xidmətdir – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Polis Gününə həsr olunmuş bayram tədbirində çıxışında bildirib.

Salome Zurabişvili polisləri peşə günü münasibətilə təbrik edib. Prezidentin sözlərinə görə, ölkədə nizam-intizam, vətəndaşların təhlükəsizliyi və sabitlik polislərdən asılıdır.

“Bütün sıravi zabitləri, sərhədçiləri, xilasediciləri, yanğınsöndürənləri, patrul xidmətinin əməkdaşlarını Polis Günü münasibətilə təbrik edirəm və hamınızı saya bilməsəm də hər birinizi peşə, peşəkarlıq günü münasibəti ilə şəxsən təbrik etmək istəyirəm, çünki bu 31 il ərzində gürcü polisi artıq mövcud olmayan köhnə sovet qurumunu çevirməyə müvəffəq oldu. Bu gün müassir, demokratik ölkənin müassir polis, peşəkar qüvvəsi var və vətəndaşların etimadını görür və bu ən əsas məsələdir.

Dünyada problemlərin getdikcə daha çox olduğu bir dövrdə ölkənin nizam-intizamı, vətəndaşların təhlükəsizliyi sizin üzərinizdədir, ölkənin daxili sabitliyi həqiqətən sizin üzərinizdədir. Çox çətin dövrlərdən keçdik və sonunda bir az fərqli şəkildə, lakin Kovid pandemiyasından keçdik. Ölkə daxilində yaranacaq bütün çətinliklərə siz birinci yerdə sinə gərirsiniz. Sizin vəzifə və borcunuz ölkədə təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunmasının məhək daşıdır. Bu, ölkədir, dövlətdir, bu olmasa, dövlət mövcud ola bilməz. Bunun üçün hər kəsə minnətdaram. Bu peşə üçün hər şeyi fəda etdiyinizə və hələ də fəda etməkdə davam etdiyinizə görə təşəkkür edirəm. Bu, ölkə üçün ən böyük xidmətdir. Vətəndaşların hüquqlarının müdafiəsi sizin üzərinizdədir və insan hüquqlarının müdafiəsi olmadan müassir, demokratik dövlət ola bilməz.

Avropaya inteqrasiya yolunda addım atmaq üçün bizim ən güclü dayaqlarımızdan biri olduğunuza və Avropada öz yerimizi tələb etmək üçün bizə güc verdiyinizə görə sizə xüsusilə təşəkkür etmək istərdim. Sizin peşəkarlığınız artıq həm ölkə daxilində, həm də xaricdə bütün tərəfdaşlarımız tərəfindən tanınır. Avropol ilə əməkdaşlığınız bunun nümunəsidir. Polis attaşelərimiz müxtəlif ölkələrdə polisimizin peşəkarlığını orada nümayiş etdirmək üçün çox mühüm işlər görürlər. Buna görə də sizə təşəkkür etmək istəyirəm” -deyə Salome Zurabişvili bildirib.

Mayın 31-də Gürcüstan Daxili İşlər Nazirliyi Polis Gününü qeyd edir. Polis Gününün təntənəli tədbirinin açılışını daxili işlər naziri Vaxtanq Qomelauri edib.

Tədbirdə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, Tbilisi meri Kaxa Kaladze, Gürcüstan hökumətinin və parlamentinin üzvləri, həmçinin, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.