Gürcüstan prezidenti, Salome Zurabişvili yaz sessiyası çərçivəsində Parlamentə illik hesabat təqdim etməlidir. Reqlamenti nəzərə alaraq, Parlament yaz sessiyasının ilk plenar iclası günü, prezidentin ölkənin vəziyyətinin ən mühüm məsələlərinə dair illik məruzəsini dinləyir.
Qanunverici orqan prezidentin aparatında çıxışın tarixini prezidentin administrasiyası ilə razılaşdırır.
Prezidentin dinləniməsinə gəldikdə, reqlamentə görə, prezidentin çıxışından sonra fraksiya sədrləri nitqlə çıxış edirlər. Onların çıxışı on dəqiqədən artıq olmamalıdır. Çıxışlardan sonra prezidentin yekun nitq deməyə hüququ var.
Ötən il prezident Parlamentə 9 apreldə müraciət etdi.