Salome Zurabişvili Parlamentə illik hesabatını matın 4-də təqdim edəcək
Prezident Salome Zurabişvili Parlamentə illik hesabatını matın 4-də təqdim edəcək.
Gürcüstanın Birinci Kanalının məlumatına görə, prezidentin qanunvericilik orqanında çıxışı tarixi artıq razılaşdırılıb.
Salome Zurabişvili Parlamentə ikinci illik hesabatını təqdim edəcək. Prezident tərəfindən hesabatın təqdim edilməsi Gürcüstan konstitusiyası və Parlamentin reqlamenti ilə nəzərdə tutulub.
Prezidentin dinləməsi formatına gəldikə, onun çıxışından sonra çoxluq və azlıqda birləşməmiş fraksiyaların sədrləri, həmçinin çoxluq və azlıq liderləri niqtlə çıxış edəcəklər. Bundan sonra prezident səlahiyyətlidir ki, yekunlaşdırıcı nitqlə çıxış etsin.
Salome Zurabişvili prezident vəzifəsində ilk dəfə Parlament qarşısında keçən ilin martın 6-da təqdim olundu. Plenar iclasda prezidentin çıxışında etiraz əlaməti olaraq “Milli Hərəkat” və “Avropa Gürcüstanı” üzvləri iştirak etmədilər.