Salome Zurabişvili parlament seçkilərinin oktyabrın 26-da keçirilməsi haqqında fərman imzalayıb
Gürcüstan prezidenti Salome Zurabişvili 2024-cü ildə parlament seçkilərinin oktyabrın 26-da keçirilməsi haqqında fərman imzalayıb.
Bu barədə Salome Zurabişvili bugünkü brifinqdə məlumat verib.
“Seçkilərin elan edilməsi haqqında fərmanı imzaladım. Qərar günü, seçim günü, qurtuluş günü yaxınlaşır. Bu gün biz vətəndaşın hansı siyasi qüvvənin dünyagörüşünə daha yaxın olduğunu seçdiyi adi seçkilərlə yox, ölkənin gələcəyini xilas etməklə məşğuluq. Bizim hazırkı seçimimiz ekzistensialdır, bu seçim uzun illər ölkənin taleyini müəyyən edəcək”, – Salome Zurabişvili bildirib.