Salome Zurabişvili - parlament sədrinin gənclərə münasibətdə səsləndirdiyi son bəyanatını tamamilə qəbuledilməz hesab edirəm
Parlament sədrinin gənclərə münasibətdə səsləndirdiyi son bəyanatını tamamilə qəbuledilməz hesab edirəm- bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili “Facebook”da yazır.
“Hakimiyyət nümayəndəsi hər hansı formada etirazla razılaşmaya bilər, lakin bu o demək deyil ki, vəzifə kiməsə öz vətəndaşlarını təhqir etmək hüququ verir.
Bu cür qiymətləndirmələr iqtidarın bütün vasitələrlə, xüsusən də bu son hadisələr fonunda gənclərlə lazımi ünsiyyəti bərpa etməyə çalışmasına deyil, yalnız gərginliyi gücləndirməyə xidmət edə bilər”-deyə Salome Zurabişvili yazır.