Salome Zurabişvili Parisdə Sülh Forumunda iştirak edən dünya liderlərinin şərəfinə təşkil olunmuş qəbulda iştirak edib
Gürcüstan Prezidenti Salome Zurabişvili Fransa Prezidenti Emmanuel Makronun adından Parisdə Sülh Forumunda iştirak edən dünya liderlərinin şərəfinə təşkil olunmuş qəbulda iştirak edib.
Prezident Administrasiyasının yaydığı məlumata əsasən, Salome Zurabişvili Avropa Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Konfederasiyasının Prezidenti Alan Berse ilə birlikdə münaqişələr və böhranlar məsələlərinin müzakirə ediləcəyi panelin fəaliyyətində iştirak edəcək.
Salome Zurabişvili noyabrın 8-də Fransaya səfər edəcəyini açıqlayıb.