Salome Zurabişvili Orbeliani sarayında ukraynalı uşaqları qəbul edib və onları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib
Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün Mikolayev vilayətinin Novopetrovka kəndinin uşaq evinin sakinlərini, Orbeliani sarayında qəbul edib.
Prezident uşaqları Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb, onlara vauçer və şirniyyatlar hədiyyə edib.
Uşaqlar Orbeliani sarayını gəziblər, Orbeliani sarayında ənənəvi olaraq bəzədilmiş çiçilakinin hazırlanma üsulu ilə maraqlanıblar. Həmçinin, Gürcüstan Prezidentinin təşəbbüsü ilə Tbilisidə yaşayan, 41 və 220 saylı dövlət məktəblərinin şagirdləri olan 700 ukraynalı uşağa Yeni il hədiyyə vauçerləri paylanılıb. Məktəbin şagirdlərinə hədiyyələri Gürcüstan Prezidentinin məsləhətçiləri Ketevan Tatoşvili və Konstantin Natsvlişvili veriblər.
Məlumatı Gürcüstan Prezident Administrasiyası yayır.