Salome Zurabişvili operator Lekso Laşkaravanın vəfat etməsi barəsində - bu belə başa çatmamalıdır, məsuliyyət daşıyanın hamısı cəzalandırılmalıdır
Salome Zurabişvili operator Lekso Laşkaravanın vəfat etməsi barəsində - bu belə başa çatmamalıdır, məsuliyyət daşıyanın hamısı cəzalandırılmalıdır

Bu belə başa çatmamalıdır, məsuliyyət daşıyanın hamısı cəzalandırılmalıdır, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvili bəyan etdi. Prezident Lekso Laşkaravanın evinə getdi və ailəsinə şəxsən başsağlığı verdi.

“Çox ağır dəqiqələrdi. Bilmirəm nə deməliyəm, anası üçün nə deməli idim bilmirdim. Öz vaxtənda xəstəxanaya yanına getmişdim və həqiqətən inanmırdım ki, bu gün buraya gəlib bu faciə və kədərlə paylaşacaqdım. Mən əminəm ki, bu belə başa çatmamalıdır, məsuliyyət daşıyanın hamısı cəzalandırılmalıdır. Mən nə polis və nə də istintaq deyiləm, lakin bilirəm ki, bu vacibdir. Bu siz jurnalistlərin və yalnız sizin deyil, bütün ictimaiyyətin kədəridir, bütün ictimaiyyətlə bu günki faciə ilə paylaşıram”, – Salome Zurabişvili qeyd etdi.

5 iyul hadisələri zamanı döyülən “Tv Pirvelinin” operatoru, Lekso Laşkarava vəfat etdi. Vəfat etmənin səbəbi bu vaxta qədər məlum deyil. Lekso Laşkarava klinikada bir neçə gün ərzində qalırdı. Bundan sonra onu evə buraxdılar. Gürcüstanın Birinci Kanalı kədərləndiyini ifadə edir və onun ailəsi və yaxınlarına başsağlığı verir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, “Tbilisi Prayda” qarşı keçirilən aksiya zamanı, “Sirtsxviliya” ofisində “Tv Pirvelinin” jurnalit və operatorunu sözlə və fiziki təhqir etdilər.