Salome Zurabişvili - ölkəmizi Vaşadzeyə və Rusiyaya buraxmayacam (Video)

Birinci turda, birinci yerdə olmaq qələbədir, – bu bəyanatı müstəqil prezident namizədi Salome Zurabişvili öz seçki qərargahında keçirdiyi brifinqdə verdi.

“Kimsə düşünə bilər ki, bu qələbə deyil, bəlkə də qələbə üçün daha çox dəstək lazımdır, ancaq birinci turda, birinci yerdə olmağın özü də bir qələbədir. Mənə qarşı aparılan təxribatlara, kirli kampaniyaya, Rusiya texnologiyasına əsaslanan yalanlara və atılan böhtanlara rəğmən birinci turda birinci oldum.

Rustavi-2 insanları aldadır ki, mən namizdəliyimi geri çəkirəm.

Yəni, namizədliyimi geri çəkib, ölkəyi Vaşadze və Rusiyaya mı tapşırım? Dəstəkçilərimi yarı yolda mı qoyum? Ölkəmə və xalqıma sadiq olaraq, sonuna qədər mücadələ edəcəm. İkinci tura hazırlaşıram və sizin müdrikliyinizə inanıram. İnanıram ki, Gürcüstan üçün nə istədiyimi bilirsiniz” – dedi Salome Zurabişvili.