Salome Zurabişvili Oksfordda "Benazir Bhutto Memorial Lecture" silsiləsi çərçivəsində mühazirə oxuyub və "Oksford İttifaqı"nın fəxri qonaqlar kitabına ürək sözlərini yazıb
Böyük Britaniyaya işgüzar səfəri zamanı “Benazir Bhutto Memorial Lecture” illik silsiləsi çərçivəsində mühazirə oxuyan Gürcüstan prezidenti “Oksford İttifaqı”nın fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
“Gürcüstan prezidenti olaraq, mənim üçün adət-ənənələri və adı ilə bütün dünyada tanınan “Oksford İttifaqı”nda, icmada qonaq olmaq şərəfdir. XX əsrin böyük hissəsini repressiv rejim altında keçirmiş bir ölkə olaraq Gürcüstan “Oksford İttifaqı” kimi tarixi təşkilatlar tərəfindən dəstəklənən və qiymətləndirilən açıq, dürüst müzakirələrin və debatların vacibliyini tam başa düşür. Gürcü xalqı adından “Oksford İttifaqı”na fəaliyyətində uğurlar arzulayıram və ümid edirəm ki, ittifaq gələcək nəsillər üçün bu vacib müzakirəni yenə də davam etdirəcək” – deyə Salome Zurabişvili bildirib.
“Oksford İttifaqı”nın prezidenti Çarli Makintoş “Benazir Bhutto Memorial Lecture” silsiləsinin 2019-cu ildə onun şərəfinə təsis edildiyini bildirib.
“O vaxtdan bəri Böyük Britaniyanın baş nazirləri Devid Kameron və Tereza Mey mühazirələr oxuyublar. Zati-aliləri [Prezident] mühazirələr silsiləsində ilk beynəlxalq qonaq, həm də “Covid 19” pandemiyasının başlanmasından bəri ilk qonaq olacaq. Hazırkı prezidentin səfəri bizim üçün böyük şərəfdir. Bir neçə ildir ki, oxşar səfər olmayıb və Gürcüstan nümayəndəsinin, ittifaqımıza və şəhərimizə səfər edən Böyük Britaniya və Oksfordun güclü dostunun olması möhtəşəmdir “-deyə Çarli Makintoş bildirib.