Salome Zurabişvili - Oçamçiredə rus hərbi dəniz bazasının açılması Qara dənizin təhlükəsizliyi, sabahın Anakliya limanı və Gürcüstanın Avropa yolu üçün böyük bir minadır
Salome Zurabişvili - Oçamçiredə rus hərbi dəniz bazasının açılması Qara dənizin təhlükəsizliyi, sabahın Anakliya limanı və Gürcüstanın Avropa yolu üçün böyük bir minadır

 
Rusiyanın qeyri-qanuni, cinayətkar və narahatlıq doğuran qərarı – suveren Gürcüstan ərazisində, Oçamçiredə növbəti hərbi və ilk dəniz bazasının açılması. Bu təxribat təkcə Gürcüstan üçün deyil, bütün region üçün təhlükə yaradır – bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvilinin bəyanatında qeyd olunub.

Salome Zurabişvilinin qeyd etdiyi kimi, bu, Qara dənizin təhlükəsizliyi, sabahın Anakliya limanı və Gürcüstanın Avropa yolu üçün böyük bir minadır.

“Rusiya məhz bu addımı ilə Qara dəniz regionunda öz təsirini gücləndirməyə və bölgədə hökmranlıq etməyə çalışır. Gürcüstanın tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti dərhal reaksiya verməyə çağırıram” – bəyanatda qeyd olunub.

İşğal altındakı Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya “İzvestiya” rus nəşrinə müsahibəsində Rusiyanın işğal altındakı Abxaziyada, Qara dəniz sahillərində hərbi-dəniz qüvvələrinin bazalaşdırılmış yeni daimi məntəqəsini yaratmağı planlaşdırdığını bildirib.

Bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Sitat: “İşğal olunmuş ərazilərdə əlavə Rusiya bazasının yerləşdirilməsi və Rusiyanın təşəbbüsünü qaldırdığı inteqrasiya proseslərinə Abxaziya regionunun qoşulması ilə bağlı açıqlamalardan narahat olduğumuzu bildiririk”.