Salome Zurabişvili - Odessaya hücumu qətiyyətlə pisləyirəm, bu, beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasıdır
Odessa və onun dinc sakinlərinə hücum beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasıdır, – bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili “Twitter”də yazıb.
Zurabişvilinin sözlərinə görə, Odessaya hücum Rusiyanın növbəti hərbi cinayətidir.
“Rusiyanın Ukraynada törətdiyi daha bir hərbi cinayət, UNECSO-nun Ümumdünya İrs Siyahısına – Odessaya və onun dinc sakinlərinə hücumu qətiyyətlə pisləyirəm, bu, beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasıdır”- Zurabişvili yazıb.