Salome Zurabişvili - namizəd statusunun qazanılmasının bu yolun sonu mənasına gəlmədiyini bilirik, hesab edirəm ki, Gürcüstana "bəli" deyilməsi üçün bu gün strateji baxımdan təcili məqamdır
Salome Zurabişvili - namizəd statusunun qazanılmasının bu yolun sonu mənasına gəlmədiyini bilirik, hesab edirəm ki, Gürcüstana "bəli" deyilməsi üçün bu gün strateji baxımdan təcili məqamdır

 
Namizəd statusunun qazanılmasının bu yolun sonu mənasına gəlmədiyini bilirik, hesab edirəm ki, Gürcüstana “bəli” deyilməsi üçün bu gün strateji baxımdan təcili məqamdır – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Franceinfo-ya müsahibəsində bildirib.

O , Gürcüstan parlamentində işin davam etdirildiyini, 12 tövsiyəyə hələ ki sonadak cavab verməyən irəliləyişin olduğunu açıqlayıb.

“Gürcüstan parlamentində iş gedir, 12 tövsiyəyə hələ ki sonadak cavab verməyən irəliləyiş var. Hesab edirəm ki, Gürcüstana “bəli” deyilməsi üçün bu gün strateji baxımdan təcili məqamdır. Namizəd statusunun qazanılmasının bu yolun sonu mənasına gəlmədiyini yaxşı bilirik. Bu, yekun razılaşma deyil, təzyiq və təşviq davam edəcək, lakin bu gün Rusiya üçün aydın cavab lazımdır”.

“Beynəlxalq ictimaiyyət oyanır, siz onlara sizin də təhlükəsizlik zəmanətinə ehtiyacınız var mı deyə müraciət edirsiniz mi” deyə ünvanlanan suala Zurabişvili cavabında bildirib :“Bəli, bugünkü mesajım məhz belədir!” .

O bildirib ki, Rusiyada beynəlxalq ictimaiyyətin daha az qətiyyətli olduğu boz zonanın olması təəssüratının yaranmaması çox vacibdir.

“Bildiyiniz kimi, Gürcüstan Ukrayna və Moldova ilə birlikdə namizəd ölkə statusu ala bilmədi, bunun səbəbləri var idi, islahatlar son dövrlərdə gecikdirildi, çünki ona qədər deyərdim ki, Gürcüstanın Avropaya can atması qüsursuz idi. Bizim müddətimiz var, lakin bu gün bu məsələ strateji xarakter alıb; İndi Ukrayna qalib gələrkən, beynəlxalq həmrəylik dəyişməz qalarkən, bu gün Ukraynada zədələnmiş qürurunu azacıq olsa belə kompensasiya etməsi üçün beynəlxalq ictimaiyyətin, Avropanın, Amerika Birləşmiş Ştatlarının daha az qərarlı olduğu boz zonanın olduğu təəssüratının Rusiyada yaranmaması çox vacibdir, çünki Gürcüstan Ukraynadan çox kiçikdir, daha az hərbi, insan resursları və ərazi dərinliyinə malikdir və bu, strateji, strateji baxımdan çox vacibdir” -deyə Zurabişvili bildirib.

Bundan başqa, Salome Zurabişvili Gürcüstanın işğal olunmuş ərazilərindən danışıb və qeyd edib ki, hazırda bölgədə sülh hökm sürür, lakin işğal xəttinə yaxınlaşan insanlar daim girov götürülürlər.

“Bu, fırtınadan sonrakı və ya fırtınadan əvvəlki sakitlikdir. Ancaq insan haqları baxımından, vətəndaşların yaşayış şəraiti (Covid vaxtı ) baxımından çox ağır vəziyyətdir, real olaraq qanuni baxımdan mövcud olmayan işğal xəttinə yaxınlaşan insanlar daim girov götürülürlər. Onlar həbsxanalara göndərilir və onların başına gələnləri müəyyən etmək bizim üçün çətindir. Biz bu vəziyyətə yaxşı bələdik və bunun Ukraynada təkrarlandığını görəndə bu, bizim üçün tanış vəziyyətdir və bu dəfə beynəlxalq ictimaiyyətin ayıldığını görəndə, bu, çox yaxşı xəbərdir” – deyə prezident bildirib.

Müsahibənin tərcüməsini Gürcüstan Prezidentinin Administrasiyası dərc edir.