Salome Zurabişvili - Müvəqqəti işğal olunmuş Abxaziyanın qondarma parlamentinin Suxumi Hava Limanının Rusiyaya verilməsi barədə qərarını qətiyyətlə pisləyirəm
Gürcüstan Prezidenti Salome Zurabişvili işğal olunmuş Abxaziyanın qondarma parlamentinin Suxumi Hava Limanının Rusiyaya verilməsi ilə bağlı qərarına cavab verib.
“Müvəqqəti işğal olunmuş Abxaziyanın qondarma parlamentinin strateji obyektin-Suxumi Hava Limanının Rusiyaya verilməsi barədə qərarını qətiyyətlə pisləyirəm və etiraz edirəm.
Bu, Rusiyanın qeyri-qanuni hərəkətidir və beynəlxalq ictimaiyyətin qəti və aydın reaksiyasını tələb edir!”, – Salome Zurabişvili sosial şəbəkədə yazıb.