Salome Zurabişvili - Müəyyən insanlar tərəfindən yanlış məlumat yayılaraq, bütün ictimaiyyətə zərər verilməsinə göz yummayacağıq
Müəyyən insanlar tərəfindən yanlış məlumat yayılaraq, bütün ictimaiyyətə zərər verilməsinə göz yummayacağıq, – bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə verdi.
Prezidentin bəyanatına görə, Gürcüstandada digər ölkələrdəki kimi polyarizasiya ən ağır forma götürüb.
“İctimaiyyətə sakitləşmək və istirahət etmək lazımdır. Sosiyal şəbəkədə baş alıb gedən aqressiya prosesini dayandırıb, daha sivil forma verməliyik” – dedi Salome Zurabişvili.
Salome Zurabişvili medyanın obyektivliyinin zərurətini xüsusi ilə vurğuladı və qeyd etdi ki, medya obyektiv məlumat yaymayaraq, cəmiyyətin müstəqil analiz qabiliyyətini əlindən alır.
Xatırladaq ki, Gürcüstan prezidenti bugün parlamentdə ilk məruzə ilə çıxış edir.
Onun çıxışını parlamentdə baş nazir, nazirlər kabineti və diplomatik korpusun nümayəndələri dinləyirlər.