Gürcüstan prezidenti Salome Zurabişvili Moldova Respublikasının baş naziri Natalia Qavrilitsa ilə görüşüb.
Prezident Administrasiyası tərəfindən verilən məlumatda Gürcüstan və Moldovanın üzləşdiyi problemlərə, Ukraynadakı müharibə və onun iqtisadi və sosial məsələlərə təsirinə toxunulduğu deyilir.
Həm Gürcüstan prezidenti, həm də Moldovanın baş naziri hazırda ən vacib məsələnin Ukrayna ilə həmrəylik və onların dəstəklənməsi olduğunu qeyd edib.
“Gürcüstan Ukraynanın və onun xalqının yanındadır, belə bir zamanda avropalı tərəfdaşların köməyi və gündəmdə olan birgə layihələrin həyata keçirilməsi bu gün olduqca vacibdir” – deyə prezident bildirib. Baş nazir prezidentə Moldovada yaranmış iqtisadi vəziyyət barədə məlumat verib.
Gürcüstan prezidenti Natalia Qavrilitsanı Tbilisidə 2023-cü ildə keçirilməsi planlaşdırılan Beynəlxalq Qadınlar Konfransına dəvət edib.