Salome Zurabişvili məsləhətçilərini və öz komanda üzvlərini təqdim etdi
Gürcütan prezidenti, Salome Zurabişvili bu gün məsləhətçilərini və öz komanda üzvlərini təqdim etdi.
Onun bəyan etdiyinə görə, prezident administrasiyasına Laşa Jvaniya rəhbərlik edəcək.
Administasiya rəhbərinin müavini Ketevan Maxaraşvili olacaq.
Dimitri Qabuniya parlament katibi olaraq təyin edildi.