Salome Zurabişvili - Məsihin doğum gününü qeyd edən hər kəsin Milad bayramını təbrik edirəm
Salome Zurabişvili - Məsihin doğum gününü qeyd edən hər kəsin Milad bayramını təbrik edirəm

 
Gürcüstan Prezidenti Salome Zurabişvili dekabrın 25-də bayramı qeyd edən vətəndaşları Məsihin doğum günü münasibətilə təbrik edir.

“Məsihin doğum gününü qeyd edən hər kəsin Milad bayramını təbrik edirəm! Həmvətənlərimizi, müxtəlif xristian kilsələrinin möminlərini xüsusilə təbrik edirəm!

Gürcüstanın çoxəsrlik dini cərəyanların ahəngdar yanaşı yaşaması ənənəsi bizi qürurlandırmaqla yanaşı, həm də bir xalq olaraq hər zaman Avropa dəyərlərini bölüşməyimizin əsas əlamətlərindən biridir.

Sevincinizə qoşulur, sizə sülh, xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram!”-deyə Zurabişvili sosial şəbəkədə yazır.