Salome Zurabişvili - mən xaricdə daxili işlərlə bağlı açıqlamalar verməyəcəyəm, xüsusilə də mənim hüququm olan əfvə
İtaliyada dövlət səfərində olan Gürcüstan prezidenti, Salome Zurabişvili Xalq Müdafiəşisinin Nika Qvaramiyanın əfv olunması ilə bağlı çağırışını şərh etmədi.
“Birincisi, mən cavab verməyə borclu deyiləm və xaricdə daxili işlərlə bağlı açıqlamalar verməyəcəyəm, xüsusilə də mənim hüququm olan əfvə və şərh verməyəcm”, – Salome Zurabişvili bəyan etdi.
Xalq Müdafiəçisi, Nino Lomcariya bu gün Nika Qvaramiyanın hökmü ilə bağlı yoxlamanın nəticələrini dərc etdirdi. Lomcariya hesab edir ki, bu hökm əsassızdır və prezidentə müraciət edir, əfv hüququndan istifadə etsin.