Gürcüstan prezidenti Salome Zurabişvili Rustaveli prospektində parlamentin qarşısında keçirilən mitinqə qısa müddət ərzində baş çəkib.
Zurabişvilini mitinq iştirakçıları alqışlarla qarşılayıblar.
Daha sonra Salome Zurabişvili Rustaveli prospektindən Prezident Sarayına qədər piyada gedib.
“Hər şeyi dedim və indi işə gedirəm”. – Zurabişvili jurnalistlərə bildirib.
Seçkilər kollegiyası bu gün Gürcüstanın altıncı prezidentini seçəcək.
Gürcüstan parlamentinin yaxınlığında prezident seçkilərinə paralel etiraz aksiyası keçirilir. Qanunverici orqanın yanında toplaşanlar iddia edirlər ki, parlamentin özü qeyri-legitim olduğundan qanunverici orqanda prezidentin seçilməsi proseduru qeyri-legitimdir.