Salome Zurabişvili - Mən ata-babalarımın dua etdiyi yeni Gürcüstana səs verdim, axşam hamımız qalib olacağıq
Salome Zurabişvili - Mən ata-babalarımın dua etdiyi yeni Gürcüstana səs verdim, axşam hamımız qalib olacağıq

Gürcüstan prezidenti Salome Zurabişvili 67 saylı dövlət məktəbində yerləşən seçki məntəqəsində səs verib.

Jurnalistlərə dediyi kimi, o, atalarının dua etdiyi yeni Gürcüstana səs verib.

“Mən bütün Gürcüstanı xoşbəxt gün olan bugünkü gün münasibətilə təbrik etmək istəyirəm. Bu dəfə kimə yox, nəyə səs verdim. Mən 22 il əvvəl bu ölkəyə gəldiyim, ata-babalarımın dua etdiyi yeni Gürcüstana səs verdim. Mən əminəm ki, bütün Gürcüstanın dua etdiyi o Gürcüstana səs verdim. Axşam hamımız qalib olacağıq. Heç kim məğlub olmayacaq, çünki Gürcüstan qalib gələcək”. – Salome Zurabişvili dedi.